Yuxarı
    Bağlamaq

    ABŞ-ın Azərbaycandakı səfiri Dövlət Sərhəd Xidmətinin rəisi ilə görüşüb

    Robert Sekuta: Dövlət Sərhəd Xidməti regionda və regiondan kənarda insan alverinə qarşı mübarizədə əsas tərəfdaşdır

    Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyevlə görüşüb.

    "Report"un məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində yaydığı məlumatda bildirilir.

    Görüşdə R.Sekuta E.Quliyevə DSX-nin Azərbaycan sərhədlərinin qorunması işində göstərdiyi tərəfdaşlığa görə təşəkkür edib. 

    "Dövlət Sərhəd Xidməti regionda və regiondan kənarda insan alverinə qarşı mübarizədə əsas tərəfdaşdır", - səfir bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi