ABŞ-ın Azərbaycandakı sabiq müvəqqəti işlər vəkili Moldovaya səfir təyin edilib

ABŞ-ın Azərbaycandakı sabiq müvəqqəti işlər vəkili Moldovaya səfir təyin edilib
Xarici siyasət
47
19 Oktyabr , 2018 09:48
ABŞ-ın Azərbaycandakı sabiq müvəqqəti işlər vəkili Moldovaya səfir təyin edilib
Report
0 : 00
0 : 00

Bakı. 19 oktyabr. REPORT.AZ/ Derek Hoqan Dövlət Departamentində ABŞ-ın Moldova səfiri kimi and içib.

Bu barədə "Report" Moldova KİV-inə istinadən xəbər verir.

ABŞ-ın Moldovadakı səfirliyindən qeyd ediblər ki, diplomat Kişinyova bu ayın sonunda gələcək.

Xatırladaq ki, D.Hoqan 2017-ci ildən Dövlət Departamentinin icraçı katibinin müavini vəzifəsində çalışıb. O, Şərqi Avropa üzrə mütəxəssislərdən biridir, Rusiyada işləyib. Dövlət Departamentinin fəxri mükafatlarına layiq görülüb.

O, həmçinin daha əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyində ölkəsinin müvəqqəti işlər vəkili kimi də çalışıb.