​ABŞ hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılmasını alqışlayıb

​ABŞ hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılmasını alqışlayıb "Birləşmiş Ştatlar Bakı Apellyasiya Məhkəməsinin bugünkü qərarına müsbət addım kimi baxır"
Xarici siyasət
13 Noyabr , 2015 04:35
​ABŞ hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılmasını alqışlayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ ABŞ Azərbaycanın hüquq müdafiəçisi Arif Yunusun həbsxanadan ev dustaqlığına buraxılmasını alqışlayır.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.

"ABŞ Bakı Apellyasiya Məhkəməsinin hüquq müdafiəçisi və tarixçi Arif Yunusun humanitar nöqteyi nəzərindən həbsxanadan ev dustaqlığına buraxılması barədə bugünkü qərarına (12 noyabr tarixli. - red) müsbət addım kimi baxır", - deyə Kirbi bildirib.

Noyabrın 12-də keçirilən məhkəmə prosesində Ədliyyə Naziliyinin Baş Tibb İdarəsinin A.Yunusun səhhəti ilə bağlı təqdimatına baxılıb. Bundan sonra isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Arif Yunus 7 il, onun həyat yoldaşı, “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onlar dələduzluq, qanunsuz sahibkarlıq və vergidən yayınmadana müqəssir biliniblər.

Son xəbərlər

Orphus sistemi