ABŞ Gürcüstanla Azərbaycan sərhədinin demarkasiyasına ümidvardır

ABŞ Gürcüstanla Azərbaycan sərhədinin demarkasiyasına ümidvardır “Gürcüstan-Azərbaycan dövlət sərhədinin demarkasiyası məsələsində ikitərəfli komissiya çalışır, gözəl nəticələr əldə olunacağına ümidvarıq”.
Xarici siyasət
28 May , 2019 10:54
ABŞ Gürcüstanla Azərbaycan sərhədinin demarkasiyasına ümidvardır
1TV

“Gürcüstan-Azərbaycan dövlət sərhədinin demarkasiyası məsələsində ikitərəfli komissiya çalışır, gözəl nəticələr əldə olunacağına ümidvarıq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud jurnalistlərə bildirib.

“Mən bilən bu məsələ Gürcüstanla Azərbaycan arasında çoxdandır gündəmdədir. Demarkasiya məsələsinə dair ikitərəfli komissiya işləyir, onlar həqiqətən də səy göstərirlər. Yaxşı nəticələr əldə ediləcəyinə inanırıq”, - deyə amerikalı diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi