Amerikalı general: "Azərbaycan və ABŞ hərbçiləri Rumıniyada birgə hərbi təlimlərdə iştirak edəcəklər"

Amerikalı general: "Azərbaycan və ABŞ hərbçiləri Rumıniyada birgə hərbi təlimlərdə iştirak edəcəklər" "Azərbaycan və ABŞ-ın qarşılıqlı əməkdaşlığı üçün bir çox sahələr mövcuddur"
Xarici siyasət
26 May , 2016 19:39
Amerikalı general: Azərbaycan və ABŞ hərbçiləri Rumıniyada birgə hərbi təlimlərdə iştirak edəcəklər

Bakı. 26 may. REPORT.AZ/ Bu yay Rumıniyada Azərbaycan və ABŞ hərbçilərinin birgə hərbi təlimləri (Save Guardian) planlaşdırılır.

"Report"un verdiyi xəbərə görə, bu barədə jurnalistlərə müsahibəsində ABŞ-ın Avropa komandanlığının nümayəndəsi, general Ben Hodces deyib.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ-ın qarşılıqlı əməkdaşlığı üçün bir çox sahələr mövcuddur: "Azərbaycan və Amerika hərbçiləri Əfqanıstanda sülhməramlı missiyada birgə iştirak edirlər. Bu da Azərbaycan təhlükəsizlik və sabitlikdə maraqlı olduğunu göstərir. Gürcüstanda "Noble Partner" adlı təlimlər keçirilib. Ümidvaram ki, gələn il keçiriləcək təlimlərdə Azərbaycan hərbçiləri də iştirak edəcəklər". 

B.Hodces deyib ki, bu, onun Azərbaycana ilk səfəridir. Səfər Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın davam etdirilməsi və inkişafı məqsədini daşıyır.

Son xəbərlər

Orphus sistemi