ABŞ eksperti: "Dünyada multikulturalizm məsələlərinin müzakirəsi üçün Bakıdan yaxşı yer yoxdur"

ABŞ eksperti: "Dünyada multikulturalizm məsələlərinin müzakirəsi üçün Bakıdan yaxşı yer yoxdur" "Azərbaycan və ABŞ arasındakı münasibətlər yüksək səviyyədədir"
Xarici siyasət
5 May , 2016 16:09
ABŞ eksperti: Dünyada multikulturalizm məsələlərinin müzakirəsi üçün Bakıdan yaxşı yer yoxdur

Bakı. 5 may. REPORT.AZ/ "Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycan xalqının sülh və demokratik dəyərlərinin dünyada təbliği baxımından növbəti uğur idi".

Bunu "Report"a açıqlamasında amerikalı politoloq Piter Teys deyib.

Onun sözlərinə görə, dünyada multikulturalizm məsələlərinin müzakirəsi üçün Bakıdan yaxşı yer yoxdur. P.Teys Heydər Əliyevin əsasını qoyduğu və indi də Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Bakının dünyanın multikulturalizm paytaxtı olduğunu qeyd edib: "Azərbaycanda multikulturalizm dəyərlərini hiss etmək, onunla nəfəs almaq mümkündür".

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər məsələsinə toxunan P.Teys bu münasibətlərin ən yüksək səviyyədə olduğunu qeyd edib. O, ABŞ və Azərbaycanın ikitərəfli münasibətlərə böyük əhəmiyyət verdiyini əlavə edib: "İlham Əliyevin Vaşinqtonda nüvə təhlükəsizliyi üzrə zirvə toplantısındakı iştirakı ölkələrimiz aramızdakı uğurlu əməkdaşlığın təsdiqidir. Ümumilikdə ölkələr arasındakı münasibətlər yaxşıdır və mən ümid edirəm ki, dövlət katibi Con Kerri sıx qrafikə baxmayaraq, vəzifəsini yerinə yetirdiyi son 7 ay ərzində çoxmillətli Bakıya gəlmək üçün vaxt tapa biləcək".

Son xəbərlər

Orphus sistemi