​ABŞ Dövlət Departamenti: Azərbaycan terrorizmə qarşı fəal mübarizə aparır

​ABŞ Dövlət Departamenti: Azərbaycan terrorizmə qarşı fəal mübarizə aparır ABŞ Dövlət Departamenti 2014-cü il üçün dünyada terrorizmə qarşı mübarizəyə dair illik hesabatını dərc edib
Xarici siyasət
20 İyun , 2015 14:16
​ABŞ Dövlət Departamenti: Azərbaycan terrorizmə qarşı fəal mübarizə aparır

Bakı. 20 iyun. REPORT.AZ/ ABŞ Dövlət Departamenti 2014-cü il üçün dünyada terrorizmə qarşı mübarizəyə dair illik hesabatını dərc edib. "Report" ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən xəbər verir ki, hesabatda Azərbaycanın terrorla mübarizə sahəsində ABŞ-la möhkəm tərəfdaşlıq əlaqələrini qoruyub saxladığı vurğulanır və Qafqaz regionu vasitəsilə  insanları, pul və digər materialları qanunsuz keçirmək istəyən terror təşkilatlarının qarşısını alır.

"Ölkə öz diqqətini terrorla mübarizə məsələlərinə yönəldib. Buraya terrorla əlaqəsi olan şəxslərin təqibi, qanunsuz silah və sursatın müsadirəsi, eləcə də, ölkə xaricindəki münaqişələrdə iştirak edib oradan geri qayıdan yaraqlıların həbs olunaraq mühakimə edilməsi də daxildir", - ABŞ Dövlət Departamentinin hesabatında deyilir.

Qeyd olunur ki, Azərbaycanda terrorla mübarizə sahəsindəki qanuna düzəlişlər edilib və muzdlu kimi xarici ölkələrdə döyüşlərdə iştirak edən şəxslərin məsuliyyəti qanunda əksini tapıb.

Hesabatda Azərbaycanın terrorizmlə bağlı informasiya mübadiləsi məsələlərinə böyük önəm verərək, İraq və Suriyaya xaricdən gələn terrorçuların keçməsi, həmçinin buradakı ekstremist qrupların qanunsuz maliyyələşdirilməsi ilə bağlı məlumat mübadiləsini həyata keçirməyi davam etdirdiyi vurğulanır.

"Nüfuzlu şəxslər, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ictimaiyyət qarşısında İŞİD ideologiyasına qarşı açıq şəkildə öz fikirlərini ifadə ediblər", - məlumatda deyilir.

Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı ardıcıl addımlar atmağda davam edir. Terrorla mübarizə sahəsində Azərbaycan ATƏT və NATO da daxil olmaqla regional və beynəlxalq səviyyədə əməkdaşlıq səylərini davam etdirərək, terrorizm, narkotik maddələrin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə fəal iştirak edir.

Son xəbərlər

Orphus sistemi