ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək

ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək Viktoriya Nuland Dağlıq Qarabağ münaqişəsinin həllinin ədalətli və davamlı irəliləməsi üçün yüksək vəzifəli hökumət məmurları ilə görüşəcək
Xarici siyasət
16 Fevral , 2015 18:05
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland fevralın 16-da Azərbaycana səfər edəcək. Bu barədə "Report" ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Diplomat Bakıya səfəri zamanı ticarət və investisiya, enerji mənbələrinin diversifikasiyası, təhlükəsizlik və terrorizmlə mübarizə, demokratiya və mülki cəmiyyət sahələrində ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı fəaliyyət üçün, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllinin ədalətli və davamlı irəliləməsi üçün yüksək vəzifəli hökumət məmurları ilə görüşəcək. 

Səfər çərçivəsində həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub. 

V.Nuland fevralın 17-də Tbilisiyə, fevralın 18-də isə İrəvana səfər edəcək. 

Son xəbərlər

Orphus sistemi