ABŞ dövlət katibi Orta Asiya və Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik edib

ABŞ dövlət katibi Orta Asiya və Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik edib Con Kerri: “Mən bütün dünyada yaşayan dostlarımıza sağlam, xoşbəxt Novruz arzu edirəm”
Xarici siyasət
19 Mart , 2016 22:28
ABŞ dövlət katibi Orta Asiya və Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik edib

Bakı. 19 mart. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Mərkəzi Asiya, Qafqaz və İranda yaşayan millətləri Novruz bayramı münasibəti ilə təbrik edib.

“Report” xəbər verir ki, təbrik Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.

“Novruz yenilənmə və barışıq bayramıdır. Bu, ailələrin öz irs və mədəniyyətlərini qeyd etmələri üçün fürsətdir. Hər yeni il, hər bahar ümid ilə başlamalıdır. Biz bu mənada bütün dünyada birləşirik. Mən bütün dünyada yaşayan dostlarımıza sağlam, xoşbəxt Novruz arzu edirəm”, - deyə C.Kerri bildirib.

Son xəbərlər

Orphus sistemi