ABŞ dövlət katibi Novruz təbriki ilə çıxış edib

ABŞ dövlət katibi Novruz təbriki ilə çıxış edib "Qoy barışıq ab-havası keçmiş fikir ayrılıqlarına son qoymağa kömək etsin"
Xarici siyasət
20 Mart , 2015 17:07
ABŞ dövlət katibi Novruz təbriki ilə çıxış edib

Bakı. 20 mart. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerri Novruzu qeyd edən bütün xalqları  bayram münasibətilə təbrik edib. "Report" ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, baş katibin bayram məktubunda bu bayramın bütün dünyada - Asiyada, Qafqazda, Fars körfəzi regionunda, eləcə ABŞ-da qeyd olunduğu deyilir. 

"Əsrlər boyunca milyonlarla insan hər il baharın gəlişinə sevinmək və ənənəvi tədbirlərdə iştirak etmək üçün bir yerə toplanır", - D.Kerrinin məktubunda qeyd olunub. 

"Novruz bayramında biz yeniliklər gözləyirik. Qoy barışıq ab-havası keçmiş fikir ayrılıqlarına son qoymağa və inam hissi yeni imkanlara yol açmağa kömək etsin", - Con Kerri deyib. 

Öz müraciətində ABŞ dövlət katibi İran liderlərinin nüvə proqramı ilə bağlı cari danışıqlarda düzgün seçim edəcəklərinə və bu yeni ilin və yazın İran xalqına və bütün dünyaya rifah və əmin-amanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi