Bakı. 17 mart. REPORT.AZ/ "VI Qlobal Bakı Forumu Azərbaycanın müxtəlifliyini görmək imkanı yaradır".
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin Elm məsələləri üzrə sabiq müşaviri Nina Federoff VI Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Bakı qədim və müasirliyi özündə birləşdirən zəngin və müxtəlif arxitekturaya malik bir şəhərdir.