​ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşçülərin iştirakına qarşı qanunlarını alqışlayıb

​ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşçülərin iştirakına qarşı qanunlarını alqışlayıb "Bu kimi səylər xarici terrorçuların axınının qarşısının alınmasına mühüm töhfə verir"
Xarici siyasət
29 Mart , 2015 09:51
​ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşçülərin iştirakına qarşı qanunlarını alqışlayıb
Courtesy İmage

Bakı. 29 mart. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Azərbaycanın xarici münaqişələrdə döyüşçülərin iştirakına qarşı qanunlarını alqışlayıb. Bu barədə “Report”a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Biz Monteneqronun Cinayət Məcəlləsinin 18 mart əlavəsi, Kosovonun 25 mart qanunu və İspaniyanın 26 mart tarixli yeni islahatı da daxil olmaqla, Avropalı tərəfdaşlarımızın xaricdə döyüşlərdə iştirak edənlərə qarşı qanunlarının təqdim edilməsini və ya təkmilləşdirilməsini alqışlayırıq. Həmçinin Albaniya, Avstriya, Azərbaycan, Bosniya-Herseqovina, Danimarka, Finlandiya, Fransa, İtaliya, Latviya, Makedoniya, Portuqaliya və Serbiya sözügedən sahədə qanunlarını imzalayıb və ya icra ediblər. Misal üçün, Qərbi Balkan dövlətlərində xarici münaqişədə iştirak etmək və ya xarici münaqişədə iştirak məqsədilə insanları səfərbər etmək və maliyyələşdirmək qanunsuzdur. Bu kimi səylər bizim Vaşinqton nazirlər toplantısı zamanı müzakirə etdiyimiz vacib məsələyə, xarici terrorçuların axınının qarşısının alınmasına mühüm töhfə verir”, - açıqlamada bildirilib.

Son xəbərlər

Orphus sistemi