Yuxarı
    Bağlamaq

    ABŞ Dövlət Departamenti: Azərbaycan insan alverinə qarşı mübarizə baxımından ciddi səylər göstərir

    ABŞ Dövlət Departamentinin 2017-ci il üzrə insan alverinə qarşı mübarizə ilə bağlı hesabatını dərc edib

    Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan insan alverinə qarşı mübarizə baxımından ciddi səylər göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 2017-ci il üzrə insan alverinə qarşı mübarizə ilə bağlı dünyanın 188 ölkəsində vəziyyəti dəyərləndirdiyi hesabatında deyilir.

    Azərbaycan ümumi ikinci kateqoriyada (Tier 2) qalır. Bu isə o deməkdir ki, ölkə insan alverinə qarşı mübarizədə ciddi səylər göstərir, lakin hələ ABŞ-ın insan alveri qurbanlarının müdafiəsi Aktında göstərilən standartlara tam cavab vermir.

    Hesabatda Azərbaycan hökumətinin hüquqi təqib, insan alveri ilə məşğul olan xeyli sayda şəxsi mühakimə etmək və çox sayda insan alveri qurbanını aşkar etmək yollarıyla insan alverinə qarşı mübarizədə səylərini aktivləşdirdiyi əks olunub. Ölkə rəhbərliyi belə cinayətkarlığın qurbanlarının müdafiəsi və onların sığınacaqla təmin edilməsi üçün maliyyəni artırıb.

    Qeyd olunub ki, insan tacirləri cinayətlərin qurbanlarını tapmaq üçün daha çox internetdən istifadə edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi