ABŞ-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

ABŞ-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın bu ölkədəki səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Xarici siyasət
11 May , 2022 01:15
ABŞ-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

ABŞ-ın paytaxtı Vaşinqtonda, Azərbaycanın bu ölkədəki səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ADA Universitetinin ABŞ ofisinin mübadilə proqramı çərçivəsində Vaşinqtonda təlimdə olan bir qrup müəllimlər və səfirliyin diplomatları iştirak ediblər.

Heydər Əliyevin büstü önünə toplaşan qonaqlar onun əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, abinənin önünə çiçək dəstəsi qoyublar.

Tədbirdə çıxış edən səfir X.İbrahim müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin həyatından, siyasi və idarəçilik fəaliyyətindən və keçməkeşli ömür yolundan bəhs edib.

Səfir H.Əliyevin Azərbaycanın yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən danışıb. X.İbrahim, Ulu öndərin uzaqgörən siyasəti nəticəsində sağlam təməllər üzərində yenidən qurulan Azərbaycanın bu gün, onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla idarə olunmasının ölkəmizə qazandırdığı misilsiz nailiyyətlərdən bəhs edib.

Tədbirdə iştirak edən gənclər ümummilli liderin tarixi çıxışlarının onların xatirəsində unudulmaz iz qoyduğunu vurğulayıblar. Çıxışçılar ümummilli liderin təşəbbüsü ilə həyata keçirilən dünyamiqyaslı layihələrdən bəhs ediblər.

Tədbirdə ümummilli lider H.Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi