ABŞ-da AXC-nin 103 illiyi münasibətilə rəqəmsal bilbordlar yerləşdirilib

ABŞ-da AXC-nin 103 illiyi münasibətilə rəqəmsal bilbordlar yerləşdirilib ABŞ-ın Minnesota ştatının İqın (Eagan) şəhərinin mərkəzi yollarından birinin üzərində 28 May - Azərbaycanın Respublika Günü münasibətilə rəqəmsal bilbordlar yerləşdirilib.
Xarici siyasət
29 May , 2021 07:16
ABŞ-da AXC-nin 103 illiyi münasibətilə rəqəmsal bilbordlar yerləşdirilib

ABŞ-ın Minnesota ştatının İqın (Eagan) şəhərinin mərkəzi yollarından birinin üzərində 28 May - Azərbaycanın Respublika Günü münasibətilə rəqəmsal bilbordlar yerləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) haqqında tarixi faktların yer aldığı lövhələr yolun gediş-gəliş olmaqla, iki istiqamətinə qoyulub.

“Minnesota Azərbaycan Assosiasiyası”nın rəhbəri Günel Rallis “Report”a müsahibəsində bildirib ki, layihə Assosiasiyanın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

G.Rallis qeyd deyib ki, sözügedən bilbord ştat üçün xüsusi strateji əhəmiyyətə malik gediş-gəliş yolunun kənarında qoyulub: “Bilbordlarda Azərbaycan bayrağı əks olunub, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumatlar yer alıb. Məqsədimiz Azərbaycanın müstəqillik tarixi haqqında ABŞ ictimaiyyətini məlumatlandırmaqdır”.

G.Rallis nəhəng rəqəmsal lövhənin iki həftə ərzində ərazidə qalacağını bildirib.

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi