Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. "Report"un xəbərinə görə, təbrikdə deyilir:
“Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Hökuməti adından Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.
Amerika Birləşmiş Ştatları Azərbaycanı özünə etibarlı dost və tərəfdaş hesab edir. Qarşılıqlı ticarətin artırılması, demokratik və iqtisadi inkişafın daha da gücləndirilməsi, eləcə də xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi naminə əməkdaşlığımızın qarşıdakı ildə genişlənəcəyinə ümidvarıq. Biz Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışlayırıq.
ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə