ABŞ ANAMA-ya minaaxtaran itlər hədiyyə edib

ABŞ ANAMA-ya minaaxtaran itlər hədiyyə edib Amerikanın Marşal İrsi İnstitutu Azərbaycana minaaxtaran itlər hədiyyə edib.
Xarici siyasət
1 İyun , 2019 17:12
ABŞ ANAMA-ya minaaxtaran itlər hədiyyə edib

Amerikanın Marşal İrsi İnstitutu Azərbaycana minaaxtaran itlər hədiyyə edib.

Bu barədə “Report” ANAMA-dan məlumat verilib.

Bildirilib ki, Amerika Dövlət Departamentinin dəstəyi ilə Amerikanın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute - MLI) ilə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) arasındakı əməkdaşlıq çərçivəsində MLİ Azərbaycanda aparılan minatəmizləmə proqramına minaaxtaran itlərin (MAİ) hədiyyə edilməsi ilə dəstək verməkdədir.

“2005-ci ildən bu günədək MLİ 31 baş minaaxtaran iti ANAMA-ya pay verib. Bu ilin 29 may tarixində əlavə 4 baş Belçika ovçarkası (Malinua) ölkəmizə gətirilib. Hazirda MAI-lər ANAMA-nın Fizuli rayonunda yerləşən MAİ-lərin təlim mərkəzində saxlanılır.

Beləliklə, agentlikdə 52 minaaxtaran it var, onlardan 38-i əməliyyatlarda iştirak edir”,- qurumdan bildirilib.

Son xəbərlər

Orphus sistemi