Bakı. 19 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brassör Azərbaycana rəsmi səfər edəcək. "Report" AŞPA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabr ayının 22-24-də baş tutacaq səfər zamanı А.Brassör Azərbaycanın prezidenti, Milli Məclisin spikeri, xarici işlər və ədliyyə nazirləri ilə görüşlər keçirəcək.
Bakıdakı görüş çərçivəsində AŞPA prezidenti Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Xatırladaq ki, Azərbaycan bu ilin may ayından Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edir. Sədrlik müddəti noyabr ayına qədər davam edəcək.