AŞPA ölkələrin monitorinq proseduruna dəyişikliklər edib

AŞPA ölkələrin monitorinq proseduruna dəyişikliklər edib Müvafiq qətnamə AŞPA-nın payız sessiyası çərçivəsində qəbul edilib
Xarici siyasət
3 Oktyabr , 2014 15:04
AŞPA ölkələrin monitorinq proseduruna dəyişikliklər edib
Bakı. 3 oktyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası (AŞPA) monitorinq proseduruna dəyişikliklər edib. "Report" xəbər verir ki, müvafiq qətnamə AŞPA-nın Strasburqda keçirilən payız sessiyası çərçivəsində qəbul olunub.

İndiyə qədər Avropa Şurasına daxil olarkən ölkələr üzərinə götürdüyü öhdəliklərin icrasının illik monitorinqi aparılırdı. Bu öhdəlikləri yerinə yetirənədək ölkə ilə bağlı monitorinq aparılır və ya monitorinq mexanizmin bir hissəsinə çevrilirdi. "Köhnə demokratiya" ölkələri (Almaniya, Böyük Britaniya və s.) monitorinq proseduruna məruz qalmayıb.

AŞPA tərəfindən qəbul edilən yeni sənəddə qeyd olunur ki, "monitorinqə məruz qalmayan ölkələrdə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün komissiya ölkə prinsipi üzrə qrupların mütəmadi xülasəsini aparacaq".

Hazırda AŞPA monitorinqi altında 10 ölkə var. Bunlar Albaniya, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, Çernoqorye, Moldova, Rusiya, Serbiya və Ukraynadır.

Son xəbərlər

Orphus sistemi