Yuxarı
    Bağlamaq

    28 May Respublika Günü Kuba mətbuatında işıqlandırılıb

    Nüfuzlu “Bohemia” jurnalında geniş məqalə dərc edilib

    Bakı. 4 iyun. REPORT.AZ/ Kubanın nüfuzlu “Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycan: sivilizasiyalararası dialoq üçün əsas ölkə” başlıqlı geniş məqalə dərc edilib.

    Azərbaycanın Kubadakı səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olmuş Azərbaycanın müstəqilliyinin elan edilməsi tarixindən geniş bəhs edilib.

    İki ilə yaxın müddətdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranması və tarixi nailiyyətləri haqda məlumat verilib.

    Məqalədə Respublika Günü münasibəti ilə Azərbaycanın Kubadakı Səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutu ictimai mərkəzində keçirilmiş bayram tədbirindən geniş bəhs edilib. Təşkilatın Avropa ilə əlaqələr üzrə rəisi Qladis Elenanın təbrik çıxışında minnətdarlıqla səsləndirdiyi sözlərinə istinadən, minlərlə kubalı gənclərin Azərbaycanda ali təhsil aldıqları qeyd edilmiş, habelə Kubaya qarşı tətbiq edilən blokadanın aradan qaldırılması üçün Azərbaycanın birmənalı dəstəyinin Kuba xalqı və hökuməti tərəfindən heç vaxt unudulmayacağı bildirilib.

    Müəllif, həmçinin Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehovun bayram tədbirindəkı çıxışına istinadən, Azərbaycan Demokratik Respublikasının nailiyyətləri, xalqımızın qədim və zəngin çoxmədəniyyətli tarixi irsi, ölkəmizin beynəlxalq nüfuzu və iqtisadi inkişaf yolundan danışmışdır. Vurğulanmışdır ki, müasir Azərbaycanın inkişafının təmin edilməsi yolunda əldə edilmiş uğurlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidmətləri sayəsində mümkün olmuşdur. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi uğurlarına və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə ağır müharibə şəraitində nail olunduğu bildirilmişdir. Bu xüsusda, Azərbaycanın 20 faiz beynəlxalq miqyasda tanınmış ərazilərinin indiyədək Ermənistanın işğalı altında olması, bu təcavüz nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi barədə məlumat verilib.

    Vurğulanmışdır ki, Ermənistanın davam edən təcavüzünə baxmayaraq, Azərbaycan bütün beynəlxalq təşkilatlar çərçivəsində özünün işğal edilmiş ərazilərinin azad edilməsi uğrunda mübarizəsini davam etdirir. Eyni zamanda, Azərbaycan sürətlə inkişaf edərək, müstəqil və güclü mövqeyə malik olan ölkəyə çevrilmişdir. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası haqda məlumat verən müəllif, bu geniş tədbirlərin ölkənin bütün sektorlarının inkişaf etdirilməsi, Azərbaycan xalqının rifahının daha da yüksəldilməsi və dövlətin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə yönəldiyini vurğulanıb.

    1908-ci ilin 10 may tarixində ilk dəfə işıq üzü görmüş Kubanın ən çox oxunan “Bohemia” jurnalı Latın Amerikası regionunda ən qədim jurnal hesab edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi