2017-ci ildə Azərbaycanda Türk Şurasının sammiti keçiriləcək

2017-ci ildə Azərbaycanda Türk Şurasının sammiti keçiriləcək "Rusiya XİN başçısının təşkilatla əlaqələrin daha da dərinləşməsinə maraqla bağlı bəyanatı var"
Xarici siyasət
23 Avqust , 2016 12:13
2017-ci ildə Azərbaycanda Türk Şurasının sammiti keçiriləcək

Bakı. 23 avqust. REPORT.AZ/ Türk Şurasının 7-ci sammiti 2017-ci ildə Azərbaycanda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə təşkilatın baş katibi Ramil Həsənov bildirib.

Təşkilatın genişləndirilməsi ilə bağlı suala cavab verən R.Həsənov qeyd edib ki, Türkmənistan və Özbəkistan kimi ölkələr təşkilatın üzvü olmasa da, onlar Türk Şurasının tədbirlərində iştirak edir. Onun sözlərinə görə, Şura bu ölkələri təşkilata cəlb etmək niyyətindədir.

"Bundan başqa, Macarıstanı tədbirlərimizə dəvət edirik. Eyni zamanda Rusiya XİN başçısının təşkilatla əlaqələrin daha da dərinləşməsinə maraqla bağlı bəyanatı var", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi