2016-cı ildə 95 əcnəbi “qaçqın” statusu almaq üçün Azərbaycana müraciət edib

2016-cı ildə 95 əcnəbi “qaçqın” statusu almaq üçün Azərbaycana müraciət edib Onlar ailə üzvləri ilə birlikdə 209 nəfər olublar
Xarici siyasət
10 Yanvar , 2017 23:40
2016-cı ildə 95 əcnəbi “qaçqın” statusu almaq üçün Azərbaycana müraciət edib

Bakı. 10 yanvar. REPORT.AZ/ 2016-cı ildə 7 min 956 ikili vətəndaşlığı olan şəxs müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır.

"Report"un xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev məlumat verib.

"Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır", - deyə Firudin Nəbiyev bildirib.

Son xəbərlər

Orphus sistemi