Noyabrın 22-də və 23-də Rusiya Federasiyasının Moskva şəhərində 10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.
"Report" xəbər verir ki,
Azərbaycan İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşəbbüsü ilə keçiriləcək bu tədbirdə nəqliyyat və logistika, kənd təsərrüfatında qarşılıqlı əlaqələrin perspektivləri, turizm və humanitar sahələrdə əməkdaşlığın inkişafı mövzularında müzakirələr aparılacaq.
Forumun sonunda əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.