Yuxarı
    Bağlamaq

    Əfqanıstanın yeni səfiri Azərbaycana noyabr ayında gələcək

    Məhəmməd Tağı Xəlili buna qədər Əfqanıstanın BMT-də daimi nümayəndəsinin müavini vəzifəsini tutub

    Bakı. 27 oktyabr. REPORT.AZ/ Əfqanıstanın Azərbaycana yeni təyin olunan səfiri Məhəmməd Tağı Əlili Bakıya noyabr ayında gəlməyi planlaşdırır. 

    Əfqanıstanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, yeni səfir Azərbaycan prezidentinə etimadnamələrini təqdim etdikdən sonra öz vəzifələrinin icrasına başlayacaq.  

    Səfir təyin olunmamışdan əvvəl M.T.Xəlili Əfqanıstanın BMT-də daimi nümayəndəsinin müavini vəzifəsini tutub.

    Qeyd edək ki, hazırda  Əfqanıstanın Azərbaycandakı diplomatik missiyasına Miraslam Vazeri rəhbərlik edir.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi