Yaponiyada ağ pələng zoopark əməkdaşını parçalayıb

Yaponiyada ağ pələng zoopark əməkdaşını parçalayıb Bakı. 9 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Yaponiyanın Kaqosima şəhərində yerləşən zooparkın əməkdaşı nadir ağ pələngin hücumu nəticəsində həyatını itirib.
Turizm
9 Oktyabr , 2018 07:59
Yaponiyada ağ pələng zoopark əməkdaşını parçalayıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Oktyabrın 8-də Yaponiyanın Kaqosima şəhərində yerləşən zooparkın əməkdaşı nadir ağ pələngin hücumu nəticəsində həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" nəşri yazıb.

Qırx yaşlı kişi boğazından dişlənmiş şəkildə heyvanlar üçün nəzərdə tutulmuş açıq havadakı sahədə aşkar edilib və dərhal xəstəxanaya yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Zooparkda faktla bağlı müvafiq yoxlamaya başlanılıb. Heyvanlara qulluq və onlarla davranış üsulları araşdırılır.

Son xəbərlər

Orphus sistemi