Azərbaycanda xidmət sahəsində çalışan işçilər üçün təlimlər təşkil edilib

Azərbaycanda xidmət sahəsində çalışan işçilər üçün təlimlər təşkil edilib Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Dövlət Turizm Agentliyi Qəbələ, İsmayıllı və Qax şəhərlərində xidmət sahəsində çalışan işçilər üçün təlimlər təşkil edib.
Turizm
27 Noyabr , 2019 15:35
Azərbaycanda xidmət sahəsində çalışan işçilər üçün təlimlər təşkil edilib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Dövlət Turizm Agentliyi Qəbələ, İsmayıllı və Qax şəhərlərində xidmət sahəsində çalışan işçilər üçün təlimlər təşkil edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, təlimlər Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qəbələ, İsmayıllı və Qax rayonlarının kənd təsərrüfatı və turizm sahələrində Dual Peşə Təhsili və Təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində keçirilir.

Ofisiantlar üçün nəzərdə tutulan təlimlər 27-29 noyabrda, mehmanxana qeydiyyatçıları üçün isə 4-6 dekabrda baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl ilkin mərhələdə 20-22 noyabrda sözügedən bölgələrdə kiçik və orta sahibkarlıq subyektlərinin inzibati heyətlərinə 2 günlük təlimlər keçirilib.

Təlimlər turizm sektorunda göstərilən xidmətlərin yaxşılaşdırılması üçün kiçik və orta sahibkarlıq subyektlərində çalışan işçi heyətin bilik və səriştələrinin artırılmasını hədəfləyir.

Eyni zamanda turizm sahəsində çalışan nümayəndələrin turizm sektorunun xüsusiyyətlərini öyrənməsinə, eləcə də peşə bacarıqlarının artırılmasına dəstəyi nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi