Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlandı Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 21,5% artaraq 433,7 min nəfər olub.
Turizm
14 Fevral , 2020 12:18
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Ötən ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 21,5% artaraq 433,7 min nəfər olub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkə vətəndaşlarının 38,1%-i İrana, 29,9%-i Gürcüstana, 16,8%-i Rusiya Federasiyasına, 9,7%-i Türkiyəyə, 1,1%-i Ukraynaya, 1,0%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,4%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4%-ni kişilər, 32,6%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2%, Gürcüstana gedənlərin sayı 29,9%, Türkiyəyə gedənlərin sayı 15,9% artıb, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,1% azalıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 84,2%-i dəmir yolu və avtomobil, 15,2%-i hava, 0,6%-i isə su nəqliyyatından istifadə edib.

Son xəbərlər

Orphus sistemi