Vyetnam turizm şirkətləri ilə yerli turizm agentliklərinin görüşü keçirilib

Vyetnam turizm şirkətləri ilə yerli turizm agentliklərinin görüşü keçirilib Bakı. 25 oktyabr. REPORT.AZ/ Dövlət Turizm Agentliyinin dəstəyi ilə Vyetnam turizm şirkətləri ilə yerli turizm agentliklərinin görüşü keçirilib.
Turizm
25 Oktyabr , 2018 14:06
Vyetnam turizm şirkətləri ilə yerli turizm agentliklərinin görüşü keçirilib
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Dövlət Turizm Agentliyinin dəstəyi ilə Vyetnam turizm şirkətləri ilə yerli turizm agentliklərinin görüşü keçirilib. 

Bu barədə "Report" agentliyə istinadən xəbər verir. 

Məlumata görə, 50-dən çox yerli şirkətin iştirak etdiyi görüşdə Azərbaycanla bağlı təbliğat materialları paylanılıb, Vyetnamın turizm imkanları ilə bağlı təqdimatlar nümayiş olunub.

Görüş Vyetnamdan olan media nümayəndələri və turizm şirkətlərindən ibarət olan qrupun Azərbaycanın turizm potensialı ilə yaxından tanış olması məqsədilə təşkil olunan səfər çərçivəsində baş tutub. Səfər zamanı vyetnamlı qrup Bakı, Şəki və Qəbələ şəhərlərinin turistik yerlərini ziyarət edərək, turizm imkanları ilə tanış olublar. Qrupun ölkəmizə səfəri Azərbaycanın Vyetnamdakı səfirliyinin təşəbbüsü və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Azərbaycanda çəkilən video və foto materiallar əsasında Vyetnam televiziya kanallarında silsilə verilişlərin nümayiş etdirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi