UNWTO pandemiyanın səbəb olduğu itkiləri qiymətləndirdi

UNWTO pandemiyanın səbəb olduğu itkiləri qiymətləndirdi Bu ilin ilk səkkiz ayında dünyada turist səfərlərinin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 70% azalıb
Turizm
27 Oktyabr , 2020 18:00
UNWTO pandemiyanın səbəb olduğu itkiləri qiymətləndirdi

Bu ilin ilk səkkiz ayında dünyada turist səfərlərinin sayı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 70% azalıb.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” Ümumdünya Turizm Təşkilatına (UNWTO) istinadən xəbər verir.

O cümlədən aylar üzrə illik müqayisədə iyulda 81%, avqustda 79%-lik azalma qeydə alınıb. Yanvar-avqust aylarında 2019-cu ilin eyni dövrü ilə müqayisədə 700 milyon az səyahət qeydə alınıb. İqtisadi itkilər 730 milyard ABŞ dollarına çatıb ki, bu da 2009-cu il böhranından 8 dəfə çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Ümumdünya Turizm Təşkilatı dünyada 1,5 milyard beynəlxalq turist səfəri qeydə almışdı.

Son xəbərlər

Orphus sistemi