Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gələcək

Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gələcək “Lüsern Dünya Turizm Forumu”nun Beyin Mərkəzi toplantısının növbəti iclası Bakı şəhərində keçiriləcək
Turizm
4 Sentyabr , 2015 17:58
Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gələcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ “Lüsern Dünya Turizm Forumu”nun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti iclası Bakıda keçiriləcək. 

"Report" xəbər verir ki, məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb. 

Nazirlikdən bildirilib ki, bu ilin aprelin 23-24-də İsveçrənin Lüsern şəhərində keçirilən "Lüsern Dünya Turizm Forumu"nda Azərbaycan qonaq ölkə qismində iştirak edib: Ölkəmizin bu mötəbər tədbirdə xüsusi statusda iştirakının davamı olaraq 2016-cı il martın 5-dən 7-dək Forumun Beyin Mərkəzinin növbəti toplantısının (WTFL Think Tank) Bakı şəhərində keçirilməsi planlaşdırılır".

Toplantıda Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, eləcə də dünyanın məşhur brend mehmanxana və turizm şirkətlərinin icraçı direktorların, bir neçə ölkənin turizm nazirlərinin iştirakı nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi