TÜRSAB rəsmi nümayəndələri Azərbaycanda işgüzar səfərdə olub

TÜRSAB rəsmi nümayəndələri Azərbaycanda işgüzar səfərdə olub Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini birliyin səlahiyyətli nümayəndələrini qəbul edib
Turizm
1 Sentyabr , 2014 13:16
TÜRSAB rəsmi nümayəndələri Azərbaycanda işgüzar səfərdə olub

Bakı. 1 sentyabr. REPORT.AZ / Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəsmi nümayəndələri Azərbaycanda bir günlük işgüzar səfərdə olub. Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, birliyin səlahiyyətli nümayəndələrini qəbul edib.

"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyə tərəfdən TÜRSAB-ın Baş katibi Çetin Gürcün, idarə heyətinin üzvü Davut Günaydın, Azərbaycan tərəfdən isə Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev və Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Regionalarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov iştirak edib. Görüş zamanı iki ölkə arasında turizm əlaqələrinin inkişaf prespektivləri, problemlər və gələcək birgə fəaliyyət məsələləri müzakirə olunub. Turizm sektorunun yeni trendi olan sağlamlıq turizminin inkişaf meyilləri və 2014-2015-ci illərdə Türkiyə və Azərbaycanda keçiriləcək konfrans, sərgi və seminarların həyata keçirilməsi mexanizmləri diqqət mərkəzində olub və qabaqcıl Türkiyə təcrübəsinin Azərbaycana da yerli xüsusiyyətləri nəzərə alınmaqla tətbiqi imkanları dəyərləndirib. Görüşün sonunda Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi ilə TÜRSAB-ın Sağlamlıq Turizmi Komitəsi arasında uzun müddətli əmakdaşlıq memorandumunun ilin sonuna qədər imzalanması məsələsi qərara alınıb. Qonaqlara Azərbaycan sağlamlıq turizminin inkişaf meyarları haqqında geniş məlumat verilib.

Son xəbərlər

Orphus sistemi