Türkiyəli nazir: “Ölkəmiz və Azərbaycan birgə turizm destinasiyası ola bilər”

Türkiyəli nazir: “Ölkəmiz və Azərbaycan birgə turizm destinasiyası ola bilər” “Azərbaycanın turizm sahəsində apardığı işləri yaxından izləyirəm və düzgün hesab edirəm. Xüsusilə, təqdimat məsələsində ölkəniz çox sürətlə irəliləyir”.
Turizm
106
24 Sentyabr , 2021 16:44
Türkiyəli nazir: “Ölkəmiz və Azərbaycan birgə turizm destinasiyası ola bilər”
Mehmet Nuri Ərsoy

“Azərbaycanın turizm sahəsində apardığı işləri yaxından izləyirəm və düzgün hesab edirəm. Xüsusilə, təqdimat məsələsində ölkəniz çox sürətlə irəliləyir”.

“Report” xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy deyib.

“Azərbaycan turizm sahəsində Türkiyənin gördüyü işləri izləyir, özünə uyğunlaşdırır. İki ölkə arasında turist axınının çox olduğunu nəzərə alsaq, ABŞ və digər uzaq ölkələrdən gələnlər üçün ölkələrimiz birgə destinasiya şəklində tanıdıla bilər. Türkiyəyə gələn Azərbaycana, Azərbaycana gələn Türkiyəyə keçə bilər”, - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi