Türkiyədə mərmər və mərmər emalı dəzgahları sərgisi keçiriləcək

Türkiyədə mərmər və mərmər emalı dəzgahları sərgisi keçiriləcək Azərbaycan sahibkarları da sərgidə iştirak üçün dəvət olunub
Turizm
22 Avqust , 2015 15:41
Türkiyədə mərmər və mərmər emalı dəzgahları sərgisi keçiriləcək

Bakı. 22 avqust. REPORT.AZ/ Noyabrın 25-dən 28-dək Bursada “Bursa-2015" mərmər və mərmər emalı dəzgahları sərgisi keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Sahibkarlar Konfederasiyasından məlumat verilib. 

Sərgidə təbii daşlar, mərmər, qranit, dekorasiya və əl işlərindən ibarət kolleksiyalar, həmçinin mərmər emalı dəzgahları nümayiş olunacaq.

Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.

Səfər çərçivəsində otel xərcləri (səhər yeməyi daxil olmaqla) Türkiyə tərəfindən qarşılanacaq. Azərbaycanlı sahibkarlar da sərgidə iştirak üçün dəvət olunublar. 

Son xəbərlər

Orphus sistemi