Türkiyə yenidən sərhədlərini turistlər üçün bağlaya bilər

Türkiyə yenidən sərhədlərini turistlər üçün bağlaya bilər 2021-ci ilin aprel-iyun aylarında ölkəni 4 milyondan çox turist ziyarət edib ki, bu da ilin birinci rübü ilə müqayisədə 56% çoxdur
Turizm
234
28 Avqust , 2021 11:42
Türkiyə yenidən sərhədlərini turistlər üçün bağlaya bilər

Hazırda koronavirusa yoluxma hallarının artdığı Türkiyədə turistlər üçün sərhədlərin yenidən bağlanması və yeni məhdudiyyətlərin tətbiqi istisna edilmir.

“Report” xəbər verir ki, bu barədə “Haber Turk” məlumat yayıb.

Antalya Ticarət və Sənaye Palatası (ATSO) Şurasının avqustda keçirilən onlayn toplantısında təşkilatın prezidenti Davut Çetin pandemiyaya və genişmiqyaslı meşə yanğınlarına baxmayaraq, Türkiyənin turist axınını yüksək səviyyədə saxlamağı bacardığını qeyd edib.

Onun sözlərinə görə, təkcə bu ilin avqust ayında ölkəyə təxminən 2,5 milyon turist səfər edib və bu, 2019-cu ilin göstəriciləri ilə müqayisə oluna bilər. Bununla belə, ilin əvvəlindən etibarən Türkiyəyə gələnlərin sayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə təxminən ikiqat azalma qeydə alınıb: 10,5 milyona qarşı 5,5 milyon nəfər.

D.Çetin həmçinin dövlətin virusun yayılmasının qarşısını almaq və turizmi qorumaq üçün kifayət qədər tədbir görmədiyini iddia edir. “Vaksinasiya zəruridir. Xidmət sektorundan, ictimai yerlərdən qaydaların tətbiq olunmasını xahiş edirəm. Əgər bağlanmanın təkrarlanmasını istəmiriksə, daha ciddi tədbirlər görməliyik”, - o deyib.

Qurumun məlumatına görə, 2021-ci ilin aprel-iyun aylarında ölkəni 4 milyondan çox turist ziyarət edib ki, bu da ilin birinci rübü ilə müqayisədə 56% çoxdur. Türkiyənin ümumi turizm gəlirinin 75%-i xarici turistlərin payına düşüb. Qalan hissə isə xaricdə yaşayan Türkiyə vətəndaşlarının payına düşür.

Son xəbərlər

Orphus sistemi