Türkiyə vətəndaşlarını ölkəyə daxil olarkən peyvəndləyəcək

Türkiyə vətəndaşlarını ölkəyə daxil olarkən peyvəndləyəcək Peyvəndləmə könüllü əsaslarla həyata keçiriləcək.
Turizm
136
5 İyul , 2021 11:28
Türkiyə vətəndaşlarını ölkəyə daxil olarkən peyvəndləyəcək
0 : 00
0 : 00

Xaricdən ölkəyə qayıdan Türkiyə vətəndaşları ölkənin 38 hava limanında və sərhəd-keçidlərində peyvənd olunacaqlar.

Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə səhiyyə naziri Fəxrəddin Koca məlumat verib.

“Xaricdən qayıdan vətəndaşlarımıza ölkənin 48 hava limanından 38-də peyvəndin birinci və ikinci dozalarının vurulmasını təklif edirik. Hazırda 4 vilayətdə yerləşən sərhəd-keçid məntəqəsində bu prosedur həyata keçirilir” – nazir bildirib.

Onun sözlərinə görə, peyvəndləmə könüllü əsaslarla həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Türkiyədə 15,6 milyon nəfər vətəndaş tam peyvənd olunub. Ümumilikdə ölkədə 52,5 milyon nəfərə peyvənd vurulub.

Son xəbərlər

Orphus sistemi