Türkiyə turizmin inkişafı ilə bağlı təcrübəsini Azərbaycana ötürmək istəyir

Türkiyə turizmin inkişafı ilə bağlı təcrübəsini Azərbaycana ötürmək istəyir Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi bildirib
Turizm
3438
6 Aprel , 2018 15:58
Türkiyə turizmin inkişafı ilə bağlı təcrübəsini Azərbaycana ötürmək istəyir
Report

Bakı. 6 aprel. REPORT.AZ/ "2017-ci ildə Azərbaycandan Türkiyəyə dincəlməyə gedənlərin sayında 50%-ə yaxın artım olsa da, Türkiyədən Azərbaycana gələn turistlərin sayı azalıb". 

Bunu “Report”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşaviri İrfan Çiftçi deyib.

"Türkiyə olaraq Azərbaycandan daha çox turist cəlb etmək istəyirik. Amma Azərbaycanda turizmin inkişafını da dəstəkləyirik: "Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu və metodika mərkəzi ilə birgə həyata keçirdiyimiz layihələrimiz var. Turizmin inkişafında dünyada ilk sıralarda olan Türkiyə təcrübəsini Azərbaycana ötürmək istəyirik. Turizm sahəsində təhsil və məlumatlandırma işlərimiz olacaq. Azərbaycanda turizmin inkişafı, təsnifatlaşdırılması üçün geniş fəaliyyət göstəririk". 

Son xəbərlər

Orphus sistemi