"Türk Hava Yolları" yanğın olan bölgələrdəki azərbaycanlılara güzəşt edəcək

"Türk Hava Yolları" yanğın olan bölgələrdəki azərbaycanlılara güzəşt edəcək "Türk Hava Yolları" (THY) şirkəti ölkənin Muğla və Antalya bölgələri başda olmaqla yanğın olan ərazilərə səfər etmiş sərnişinlərə müraciət edib.
Turizm
232
30 İyul , 2021 12:26
Türk Hava Yolları yanğın olan bölgələrdəki azərbaycanlılara güzəşt edəcək

"Türk Hava Yolları" (THY) şirkəti ölkənin Muğla və Antalya bölgələri başda olmaqla yanğın olan ərazilərə səfər etmiş sərnişinlərə müraciət edib.

“Report”un məlumatına görə, müraciətdə deyilir ki, həmin ərazilərə səfər edən yaxud həmin regiondan başqa ərazilərə səfər edən sərnişinlərə biletlərini başqa vaxta dəyişdirmək imkanı yaradılıb.

29-30 iyul tarixi üçün alınan biletləri avqustun 15-nə qədər olan müddətə yeniləmək olar.

THY-nin Bakı nümayəndəliyinin rəhbəri Seyfullah İlyas “Report”a açıqlamasında bildirib ki, bu qərar Azərbaycandan olan sərnişinlərə də aiddir.

Son xəbərlər

Orphus sistemi