Turizm sektorunun itkiləri açıqlandı

Turizm sektorunun itkiləri açıqlandı Dünya turizm sektorunun cari ilin 4 ayı ərzindəki gəlirləri koronavirus pandemiyası üzündən 195 milyard ABŞ dolları azalıb.
Turizm
22 İyun , 2020 17:57
Turizm sektorunun itkiləri açıqlandı

Dünya turizm sektorunun cari ilin 4 ayı ərzindəki gəlirləri koronavirus pandemiyası üzündən 195 milyard ABŞ dolları azalıb.

“Report” xəbər verir ki, Dünya Turizm Təşkilatının açıqlamasına görə, hesabat müddəti ərzində xaricə gedən turistlərin sayı 97 faiz azalıb, il ərzində isə bu azalmanın 850 milyon – 1,1 milyard nəfər ola biləcəyi, turizm gəlirləri isə 910 milyard – 1,2 trilyon ABŞ dolları azalacağı güman edilir.

2019-cu ildə xarici ölkələrə səyahətə gedənlər 1,5 milyarda çatmışdı ki, bu da əvvəlki ilə nisbətən 4 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi