Turizm könüllüləri “Şahdağ” və “Tufandağ”a dəstək göstəriblər

Turizm könüllüləri “Şahdağ” və “Tufandağ”a dəstək göstəriblər Fevralın 12-14-də "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin üzvləri “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində hərəkətin idarə olunması işində iştirak ediblər
Turizm
15 Fevral , 2021 12:01
Turizm könüllüləri “Şahdağ” və “Tufandağ”a dəstək göstəriblər

Fevralın 12-14-də "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin üzvləri “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində hərəkətin idarə olunması işində iştirak ediblər.

Bu barədə "Report"a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

Turizm könüllüləri proses müddətində qonaqların COVID-19 pandemiyası dövründə sanitariya və gigiyena qaydalarına riayət etməsinə təşviqi və onların xidmətlərlə bağlı məlumatlandırılmasını həyata keçiriblər.

Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı və qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilib.

Qış mövsümünün sonuna qədər "Turizm Könüllüləri" bu addımın davamlı icrasını planlaşdırır.

Son xəbərlər

Orphus sistemi