Yuxarı

Azərbaycan Turizm Bürosu hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı alıb

Turizm Bürosu uyğunluğun qiymətləndirilməsi sertifikatı alıb

“Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) bu günə qədər 3 000-dən artıq qurumu akkreditasiyadan keçirib”.

“Report” xəbər verir ki, bunu AzAK-ın direktoru Namiq Əliyev Azərbaycan Turizm Bürosunun (Büro) baş icraçı direktoru Florian Zenqstşmidlə görüşdə deyib.

Bununla belə, onun sözlərinə görə, həmin qurumlar arasında turizm sahəsində fəaliyyət göstərəni yoxdur.

“AzAK bu ilin oktyabr ayına qədər tvinninq layihəsi həyata keçirib. Hazırda Mərkəz işini Avropa standartlarına uyğun qurur”, -  N.Əliyev əlavə edib.

Görüşün sonunda AzAK Büroya hotellərə ulduz verilməsi üzrə uyğunluğun qiymətləndirilməsi sertifikatı verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi