Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib

Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib
Turizm
756
31 İyul , 2020 11:27
Qlobal turizm bu ilin 5 ayında 320 milyard dollar itirib

Dünya turizm sənayesi bu ilin yanvar-may aylarında 320 milyard ABŞ dolları məbləğində itki ilə üzləşib. 

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT məlumat yayıb. 

Bildirilib ki, bu, 2008-2009-cu illərdəki qlobal iqtisadi böhran dövrünün itkilərindən 3 dəfə çoxdur. 

"2019-cu ildə dünyada dünyada 300 milyondan çox insan səyahət etmişdi. 2020-cu ildə koronavirus pandemiyasına görə bu rəqəm 50% azdır", - deyə qurum bəyan edib. 

Qlobal turizmdə pandemiyaya görə tətbiq edilmiş məhdudiyyətlərin bir qismi ləğv edilsə də, əvvəlki vəziyyətin 2021-ci ildən tez bərpa olunmayacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi