Assosiasiya sədri: "Thomas Cook"un fəaliyyətini dayandırmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur"

Assosiasiya sədri: "Thomas Cook"un fəaliyyətini dayandırmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur" “Böyük Britaniyanın məşhur Thomas Cook turoperatoru fəaliyyətini dayandırmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur”.
Turizm
24 Sentyabr , 2019 16:11
Assosiasiya sədri: Thomas Cookun fəaliyyətini dayandırmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur

“Böyük Britaniyanın məşhur "Thomas Cook" turoperatoru fəaliyyətini dayandırmasının Azərbaycanın turizm bazarına heç bir təsiri yoxdur”.

Bunu “Report”a Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov bildirib.

Onun sözlərinə görə, "Thomas Cook" getmə turizmlə məşğul olurdu: “Şirkət Azərbaycana heç bir turist göndərməyib. Şirkətlərimizin də "Thomas Cook" la əməkdaşlığı olmayıb".

N.Bağırov bildirib ki, "Thomas Cook" kimi böyük şirkətin müflis olması xoşagələn hal deyil: “Hazırda Türkiyədə bununla bağlı böyük problemlər yaşanır. Bu cür şirkətlər ödənişlərini kredit şəklində ilin sonunda edirlər. Ümumiyyətlə, "Thomas Cook" turoperatoru fəaliyyətini dayandırması Türkiyə, İspaniya, Yunanıstan kimi ölkələrə təsir edir. Bu cür şirkətin müflis olması gələcəkdə böyük narahatlığa səbəb olacaq”.

O vurğulayıb ki, "Thomas Cook" turoperatorunun müflis olmağının səbəblərindən biri düzgün idarəçiliyin olmaması və lazım olmayan risklərə gedilməsidir: “Sözügedən şirkətdə, yəqin ki, illərlə boşluqlar var idi. Amma müflis olması 2019-cu ildə baş verdi”.

Xatırladaq ki, dünən Böyük Britaniyanın məşhur "Thomas Cook" turoperatoru müflislikdən xilas olmaq üçün vəsait tapa bilmədiyindən fəaliyyətini dayandırıb. Dünya üzrə 600 mindən çox turistin rezervasiyası bu səhər ləğv edilib.

Britaniya hökumətindən bildirilib ki, şirkətin 150 min müştərisinin krallıqdan vətənlərinə qaytarılması sülh dövründə ən böyük repatriasiyadır.

Eyni zamanda "Thomas Cook" ticarət əməliyyatlarını ləğv edib. Onun dörd aviaşirkəti fəaliyyətini dayandıracaq. Doqquz mini Britaniyada olmaqla, 16 ölkədə 21 min işçi işsiz qalacaq.

Son xəbərlər

Orphus sistemi