Gürcüstanın Tbilisi və Batumi şəhərlərinin beynəxalq hava limanlarında sərnişinlərin sayı 10% azalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtsiadiyyat və davamlı inkişaf nazirinin müavini Akaki Saqrişavili bildirib.
Onun sözlərinə görə, iyul ayında iki aeroportda sərnişinlərin sayı 590 min nəfərə çatmalı idi: “Bu göstərici 485 min nəfər təşkil edib. Tbilisi və Batumi hava limanlarında sərnişinlərin sayı 105 min nəfər azalıb”.
Nazir müavini qeyd edib ki, bu ilin ilk yarısında Gürcüstanın beş hava limanı 2 487 575 sərnişinə xidmət göstərib ki, bu da illik müqayisədə 18% çoxdur: “Təəssüflər olsun ki, artım dinamikası davam etmədi və iyul ayında sərnişinlərin sayında kəskin azalma müşahidə olunub”.