Tanınmış araşdırmaçı səyyah Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Tanınmış araşdırmaçı səyyah Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub Yasek Edvard Palkeviç: "Azərbaycan muıltikultrualizmi dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib"
Turizm
1 İyun , 2017 19:14
Tanınmış araşdırmaçı səyyah Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycana səfərə gələn italyan-polyak əsilli tanınmış araşdırmaçı- jurnalist, dünya şöhrətli səyyah Yasek Edvard Palkeviçlə görüş olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, BBMM-in aparat rəhbəri, professor Aytən Qəhrəman bu səfərin yeni araşdırmaların qələmə alınması üçün zəngin mənbə olacağına ümidvar olduğunu deyib.

Yasek Edvard Palkeviçburaya gəlməzdən əvvəl Azərbaycanın multikulturalizm modeli ilə nəzəri tanış olduğunu, bu ölkənin multikultural dəyərlərinə maraq göstərdiyini deyib: “Burada bəziləri orucunu tutur, ibadətini edir, bəziləri isə restoranlarda, əyləncə mərkəzlərində dostlarıyla xoş vaxt keçirir. Müsəlman ölkəsində, həm də Ramazan ayında bu örnək tolerantlıq nümunəsi, hər kəsin digərinin inancına, etiqadına bu qədər dözümlülüklə yanaşması məni xoş anlamda təəəccübləndirdi. Azərbaycan muıltikultrualizmi öz dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib".

Qonaq 2008-ci ildən Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə start götürən və sivilizasiyalararasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”ni təqdir etdiyini bildirib və bu beynəlxalq layihənin mədəniyyətlərarası dialoq təşəbbüslərini Avropa və qonşu regionalrın hüdudları çərçivəsindən çıxarıb daha qlobal səviyyəyə yüksəltməyə imkan verdiyini deyib.

Qeyd edək ki, Rusiya Coğrafiya Cəmiyyətinin və London Kral Coğrafiya Dərnəyinin üzvü Yasek Edvard Palkeviç 1972-ci ildən bəri dünyanın Saxara, Amazon hövzəsi, Sibir, Vyetnam, Namibiya, Atakama, Pataqoniya, Atlantik okeanı, Peru, Təkləməkan kimi maraqlı coğrafi məkanlarına səfər edib, indiyədək elmə məlum olmayan bəzi yerlərin kəşfinə imza atıb. Səyyahın səfərlərindən bəhs edən 30-dan artıq kitabı, qələmə aldığı reportajlar indi də Avropa oxucularının diqqət mərkəzindədir. 

Son xəbərlər

Orphus sistemi