Tailandın üç adasına turist səfərinə icazə verilib

Tailandın üç adasına turist səfərinə icazə verilib Tailandın Samui, Phanqan və Tao adaları bu gündən etibarən peyvənd olunmuş turistləri və yerli vətəndaşları qəbul edə biləcəklər. Bununla da krallığın səyahətçiləri karantinsiz qəbul edən vilayətlərinin sayı ikiyə çatıb.
Turizm
287
15 İyul , 2021 13:40
Tailandın üç adasına turist səfərinə icazə verilib

Tailandın Samui, Phanqan və Tao adaları bu gündən etibarən peyvənd olunmuş turistləri və yerli vətəndaşları qəbul edə biləcəklər. Bununla da krallığın səyahətçiləri karantinsiz qəbul edən vilayətlərinin sayı ikiyə çatıb.

Report” TASS-a istinadən xəbər verir ki, Tailandın Turizm İdarəsinin açıqladığı siyahıya əsasən Suratthani vilayətinin kurortlarına gəlmək üçün irəli sürülən tələblər iyulun 1-dən etibarən Phuketdə tətbiq olunan tələblərə oxşardır.

Birbaşa reyslərin həyata keçirildiyi Phuketdən əsas fərq Samui adasına yola düməzdən öncə Banqkokun Suvannaphum hava limanından həyata keçirilən tranzit uçuşları ilə bağlıdır. Turistlər Phanqan və Tao adalarına səfər etmək üçün Samuiyə adasına gəlməlidirlər.

Son xəbərlər

Orphus sistemi