SKMF Qalaaltı və Naftalanda turizm layihələrinin maliyyələşməsinə başlayıb

SKMF Qalaaltı və Naftalanda turizm layihələrinin maliyyələşməsinə başlayıb Bakı. 7 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə layihələrin qəbuluna başlayıb. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Turizm
7 noyabr 2017 09:26
SKMF Qalaaltı və Naftalanda turizm layihələrinin maliyyələşməsinə başlayıb

Bakı. 7 noyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə layihələrin qəbuluna başlayıb. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, layihələr "Azərbaycan Respublikasında İxtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq Qalaaltı və Naftalandakı mövcud yerləşdirmə alternativlərində reallaşacaq.

Sahibkarlar bu layihələrin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi