“Şirvan Mehmanxana” səhmdarlarına hesabat verəcək

“Şirvan Mehmanxana” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Turizm
28 Aprel , 2017 08:45
“Şirvan Mehmanxana” səhmdarlarına hesabat verəcək

Bakı. 28 aprel. REPORT.AZ/ İyunun 14-də, saat 11:00-da “Şirvan Mehmanxana” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, yığıncaq mehmanxananın yerləşdiyi Şamaxı şəhəri, 24-cü məhəllə, Məşhədi Əzizbəyov küçəsi, 41 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətinə dair illik hesabatın müzakirə və təsdiq edilməsi məsələsi daxildir.

Xatırladaq ki, “Şirvan Mehmanxana” ASC 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 197 810 manatdır. 

Son xəbərlər

Orphus sistemi