Səyahət etmək üçün ən təhlükəli və təhlükəsiz ölkələrin xəritəsi hazırlanıb

Səyahət etmək üçün ən təhlükəli və təhlükəsiz ölkələrin xəritəsi hazırlanıb Azərbaycan aşağı təhlükə səviyyəsi olan ölkələr siyahısında yer alıb
Turizm
22 Noyabr , 2018 13:26

Bakı. 22 noyabr. REPORT.AZ/ "International SOS" şirkətinin mütəxəssisləri hər bir səyahətçinin dünyanın istənilən ölkəsinə səyahətin nisbi riskini qiymətləndirməsi üçün interaktiv xəritə hazırlayıblar.

Bu barədə "Report" Rusiya KİV-inə istənadən xəbər verir.

Xəritədə ölkələrdəki fərqli təhlükə səviyyəsi göstərilir. Xəritənin hazırlanmasında terror fəaliyyəti, müxtəlif tipli özbaşınalıqlar və müharibələr, sosial gərginlik, zorakı cinayətlər və kiçik qanun pozuntuları nəzərə alınmaqla mövcud siyasi zorakılıq təhlükəsi əsas götürülüb. Xəritənin tərtib olunmasında həmçinin nəqliyyat infrastrukturunun, istehsalın, fövqəladə xidmətlərin və təhlükəsizlik strukturlarının etibarlılığı, təbii fəlakət ehtimalı nəzərə alınıb.

Qeyd edək ki, ölkələr beş risk kateqoriyası üzrə bölünüb - cüzi, aşağı, orta, yüksək və həddindən artıq. Birinci kateqoriyaya Avropa dövlətlərindən Danimarka, İslandiya, Lüksemburq, Norveç, Sloveniya, Finlandiya və İsveçrə daxildir.

Xəritədə göstərilən məıumatlara əsasən, ölkələrin əksəriyyətində risk səviyyəsi aşağıdır. Bu kateqoriyaya daxil olan ölkələr arasında Böyük Britaniya, İordaniya, Oman, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Gürcüstan, Azərbaycan və Özbəkistanı göstərmək olar.

Son xəbərlər

Orphus sistemi