Şəkidəki karvansarayda yenidənqurma, bərpa və abadlıq işləri aparılacaq

Şəkidəki karvansarayda yenidənqurma, bərpa və abadlıq işləri aparılacaq Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən “Yuxarı Karvansaray” kompleksində yenidənqurma, bərpa və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə açıq tender elan edib.
Turizm
30 Oktyabr , 2020 09:09
Şəkidəki karvansarayda yenidənqurma, bərpa və abadlıq işləri aparılacaq

Dövlət Turizm Agentliyi Şəki şəhərində yerləşən “Yuxarı Karvansaray” kompleksində yenidənqurma, bərpa və abadlıq işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması məqsədi ilə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 7-si, saat 12:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 15-I, saat 18:00-a qədər dövlət satınalmalaının vahid portalı vasitəsi ilə təqdim edə bilərlər. Telefon: (012) 505-87-04 (daxili 2304).

Nəticələr dekabrın 16-da, saat 12:00-da sözügedən portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi