Səfir: "BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb"

Səfir: "BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb" Səfir: "BƏƏ-dən Naxçıvana reys açılması ilə bağlı işlər aparılır"
Turizm
196
13 Mart , 2017 16:57
Səfir: BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 30 dəfə artıb

Bakı. 13 mart. REPORT.AZ/ "Azərbaycana ərəb ölkələrindən gələn turistlərin böyük qismi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) payına düşür. Ötən ilin yalnız iyul ayında BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 10000-dən çox olub ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 100 dəfə çoxdur".

Bunu "Report"a açıqlamasında Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov deyib.

Səfirin sözlərinə görə, BƏƏ-dən Azərbaycana gələn turistlərin sayı 2015-ci il ilə müqayisədə 30 dəfə artıb.

O qeyd eidb ki, martın 16-da Şarcadan Bakıya BƏƏ-nin "Air Arabia" şirkətinin ilk uçuşu baş tutacaq. D.Şikarov bildirib ki, bununla bağlı keçiriləcək mərasimdə Şarca əmirliyinin hakim ailəsi üzvlərinin, yüksək vəzifəli rəsmilərin və digər qonaqların iştirakı gözlənilir: "Qonaqların ilk təyyarə ilə Bakıya uçmaları planlaşdırılır. Bu da Şarca-Bakı uçuşlarına, Azərbaycanla əməkdaşlığa verilən əhəmiyyətin göstəricisidir".

Diplomatın sözlərinə görə, bundan başqa yay mövsümündə “Fly Dubai” şirkətinin Dubay-Qəbələ marşrutu üzrə uçuşları həyata keçiriləcək, BƏƏ-dən Naxçıvana birbaşa reyslərin açılması istiqamətində isə iş aparılır: "Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, 2017-ci ildə BƏƏ-dən Azərbaycana gələcək turistlərin sayı 2016-cı il ilə müqayisədə daha çox olacaq. Təbii ki, burada ölkəmizdə 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və Formula-1 Azərbaycan Qran-Prisi tədbirlərinin böyük rolu var".

Son xəbərlər

Orphus sistemi